"Barselona" Levandovski ilə bağlı qərarını verdi
Robert Levandovski "Barselona" klubundaki talehinə aydınlıq gəlib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, transfer dövrünün başlamasına sayılı günlər qalıb.
İspaniyanı nəhəngi "Barselona"nın 36 yaşlı hücumçu Robert Levandovski ilə yollarını ayıra biləcəyi haqda xəbərlər yayılıb.
Lakin məlumata görə, Kataloniya təmsilçisinin rəhbərliyi 36 yaşlı hücumçunun çıxışından razı qalıb və növbəti mövsümdə də onun xidmətindən yararlanmaq niyyətindədir. La Liqa klubunun yeni hücumçu axtarışında olmadığı bildirilib.
Bununla da polşalı oyunçunun müqaviləsi avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılacaq.