"Barselona" "Liverpul"a elçi düşüb
"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes "Barselona"nın transfer hədəfinə çevrilib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Nunyes üçün "Liverpul"a 60 milyon avro ödəməyə hazırdır.
25 yaşlı forvard 2022-ci ilin yayında "Benfika"dan "Liverpul"a 85 milyon avro qarşılığında transfer olmuşdu.
Qeyd edək ki, Nunyes cari mövsüm çıxış etdiyi 36 matçda 6 qol və 5 asist müəllifi olub.
Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.