"Barselona" "Qalatasaray"a elçi düşüb

"Barselona" "Qalatasaray"ın forvardı Viktor Osimheni transfer etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Radyo Spor" məlumat yayıb.

Kataloniya təmsilçisi gələn yay komandadan ayrılacaq Robert Levandovskinin yerinə futbolçu axtarışındadır.

Əsas namizəd kimi də Osimhen göstərilir.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm meydana çıxdığı 9 matçda rəqib qapılarından 6 top keçirib.