"Barselona" Rafinya ilə bağlı qərar verib
"Barselona" brazilyalı futbolçusu Rafinya ilə yola davam edəcək.
Sportline.az jurnalist David Bernabeunun məlumatına istinadən xəbər verir ki, Rafinya "Barselona" ilə 2 illik yeni müqavilə imzalayacaq.
28 yaşlı futbolçunun hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rafinya "Barselona"da xoşbəxt olduğunu açıqlayıb.
O bu mövsüm çıxış etdiyi 35 matçda 24 qol və 15 asistlə yadda qalıb.