“Barselona” Yamalla bağlı qərar verib
"Barselona" ispaniyalı futbolçusu Lamin Yamalla yola davam edəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2030-cu ilə qədər qüvvədə olacaq.
Futbolçunun meneceri Xorxe Mendeş sənədlə bağlı detalları müzakirə etmək üçün Joan Laporta və Deko ilə görüş keçirməyi planlaşdırır.
Bu görüş Çempionlar Liqasının "Benfika" ilə oyununa təsadüf edəcək.