"Barselona" yeni transferi rəsmiləşdirdi

"Barselona" heyətə daha bir futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, kataloniyalılar isveçli hücumçu Runi Barcinin transferini rəsmiləşdiriblər.

19 yaşlı futbolçu ilə 2029-cu ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, sağ cinah vingeri son mövsüm "Kopenhagen"in heyətində meydana çıxdığı 5 oyunda məhsuldarlığı ilə fərqlənməyib.

Onun transfer dəyərinin 7,5 milyon avro olduğu bildirilir.