"Barselona"da ayrılıq
"Barselona"nın ispaniyalı qapıçısı İnyaki Penya klubdan ayrılmaq istəyir.
Sportline.az "As" qəzetinə istinadən xəbər verir ki, 25 yaşlı kiper klubdan ayrılmaq səbəbini az oynamasına görə olduğunu açıqlayıb.
İ.Penyanın "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kataloniya klubunun əsas qapıçısı Voytsex Şesni sayılır.