"Barselona"da ayrılıq yaşanacaq

"Barselona"nın ispaniyalı futbolçusu Ansu Fati klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az jurnalist Alfredo Martinezin məlumatına istinadən xəbər verir ki, Fati daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

22 yaşlı futbolçunun transfer qiyməti 10 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Ansu Fati bu mövsüm 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.