"Barselona"da ciddi itki
"Barselona"nın uruqvaylı futbolçusu Ronald Arauxonun zədələndiyi açıqlanıb.
Sportline.az xəbər verir ki, Arauxo "Sevilya"ya qarşı səfər oyununda zədələnib. Oyunçunun müalicəsi davam edir.
Qeyd edək ki, ötən il Amerika Kubokunda ciddi zədə yaşayan və omba nahiyəsindəki problemlərə görə mövsümün ilk hissəsini buraxan mərkəz müdafiəçisi yanvarın əvvəlində yenidən meydana qayıtmışdı.