"Barselona"da yeni müqavilə
"Barselona" ispaniyalı futbolçusu Erik Qarsiya ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı stopperə yeni müqavilə təklif edib.
Bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.
Qeyd edək ki, "Tottenhem" və "Çelsi" E.Qarsiyanın xidmətində maraqlıdır.
 
 
                                     
                     
                 
                 
                 
                 
                