"Barselona"dan 57 milyon avroluq transfer
"Barselona" yayda Robert Levandovski ilə yollarını ayıracaq.
Sportline.az xəbər verir ki, Kataloniya klubu polşalı forvardın yerinə Harri Keyni transfer etməyi planlaşdırır.
Bu haqda "The Guardian" nəşri məlumat yayıb.
İspaniya klubu bu keçid üçün qarşı tərəfə 57 milyon avro təklif edib.
Qeyd edək ki, Keynin "Bavariya" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 oyunda rəqib qapılarından 26 top keçirib.