"Barselona"dan Salah həmləsi
"Liverpul"un misirli futbolçusu Mohamed Salah mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Salahla yaxından maraqlanır.
Kataloniya klubu 32 yaşlı futbolçunu azad agent kimi transfer etmək niyyətindədir.
Qeyd edək ki, .M.Salah 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 32 qol və 22 asistlə yadda qalıb.