"Barselona"dan "Tottenhem"ə
"Barselona" futbolçusu Emerson Royalı İngiltərənin “Tottenhem” klubuna satıb.
Sportline.az Hotspur təmsilçisinin saytına istinadən xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçisi ilə 5 illik müqaviləyə imza atıb.
22 yaşlı "sambaçı" yeni komandasında 12 nömrəli formanı geyinəcək.
“Tottenhem” bu transferə görə qarşı tərəfə 25 milyon funt-sterlinq ödəyib. Britaniya mətbuatı futbolçunun özünün illik 3 milyon avro qazanacağı barədə informasiya yayıb.
Royal 2019-cu ildə “Atletiko Mineyro”dan “Barselona”ya transfer edilmiş, Kataloniya təmsilçisində heç bir rəsmi matça çıxmadan “Betis”ə icarəyə verilmişdi. Bu komandada üç mövsüm ərzində 79 oyun keçirən və 5 qol vuran Emerson bu yay yenidən “Barselona”ya qayıtmış, 3 La Liqa qarşılaşmasında forma şansı qazanmışdı.
Emerson Braziliya yığmasının da üzvüdür. O, milli formayla 4 görüşdə iştirak edib.