"Barselona"dan transfer bombası

"Barselona" polşalı forvardı Robert Levandovski ilə yollarını ayırmağı planlaşdırır.

Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Bavariya"nın hücumçusu Harri Keyn Kataloniya klubunun 1 nömrəli hədəfidir.

Levandovski ayrılacağı təqdirdə, ingiltərəli futbolçu "Barselona"ya transfer olacaq.

Qeyd edək ki, Harri Keynin sərbəst qalma məbləği 65 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 oyunda 25 qol, 4 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, İngiltərə millisinin üzvü "Bavariya" klubuna 2023-cü ilin yayında "Tottenhem"dən 95 milyon avro qarşılığında transfer olunmuşdu.