"Barselona"dan Van Deyk iddiası
"Liverpul"un kapitanı Vircil Van Deyk klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Van Deyki mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.
33 yaşlı futbolçu Merisayd klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir.