"Barselona"dan Virts həmləsi
"Barselona" "Bayer Leverkusen"in alman yarımmüdafiəçisi Florian Virtzi almaq istəyir.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Camal Musialanın “Bavariya” ilə müqaviləsini uzatmasından sonra Kataloniya rəhbərləri 21 yaşlı futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəf kimi qəbul edirlər.
İspaniya klubunun prezidenti Joan Laporta və idman direktoru Deko artıq transfer üzərində işlərə başlayıb.