"Barselona"dan yeni həmlə
Conatan Ta "Barselona" ilə müqavilə bağlamağa qərar verib.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, yaxın vaxtlarda klubla 29 yaşlı alman müdafiəçinin rəsmiləri arasında transferi tamamlamaq üçün görüş keçiriləcək.
Ta "Bayern"in təklifini rədd edib və o, katalonların 2025-26 mövsümünün ilk transferi olacaq. Qeyd edək ki, Ta 2015-ci ildən Leverkuzen klubunu müdafiə edir.