“Barselona”nın 1 nömrəli hədəfi
"Mançester Siti"nin belçikalı futbolçusu Jeremi Doku karyerasını "Barselona"da davam etdirə bilər.
Sportline.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubu Doku üçün "Mançester Siti"yə rəsmi təklif göndərəcək.
22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 60 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Doku bu mövsüm çıxış etdiyi 24 oyunda 6 qol və 7 asist müəllifi olub.