"Barselona"nın B planı

"Barselona" klubunun B planı üzə çıxıb.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Atalanta"nın nigeryalı forvardı Ademula Lukman "Barselona"nın transfer hədəfindədir.

27 yaşlı futbolçu üçün "Atalanta" ən azı 60 milyon avro tələb edir. Lakin qarşı tərəf 50 milyon avrodan yuxarı məbləğ təklif etməyəcək.

Qeyd edək ki, "Barselona"nın A planı Niko Uilyams idi. Lakin oyunçu "Atletik"də qalmağa üstünlük verdi və klubla 2035-ci ilin iyun ayına qədər yeni müqaviləyə qol çəkdi.