"Barselona"nın əsas hədəfi

"Barselona"nın əsas transfer hədəfi bəlli olub.

Sportline.az "As" qəzetinə istinadən xəbər verir ki, "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz "Barselona"nın maraq dairəsinə düşüb.

Mersisayd klubu Diaz üçün 90 milyon avro tələb edir.

Qeyd edək ki, 28 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 37 matçda 13 qol və 3 asistlə yadda qalıb.