"Barselona"nın əsas hədəfi bəlli olub
"Barselona" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diazı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubu Luiz Diaz üçün "Liverpul"a 80 milyon avro təklif edib.
Mersisayd klubu isə 28 yaşlı futbolçu üçün 90 milyon avro tələb edir.
Qeyd edək ki, L.Diazın "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 13 qol və 3 asistlə yadda qalıb.