"Barselona"nın gözü PSJ-nin futbolçusuna düşüb
"Paris Sen-Jermen"in fransalı futbolçusu Bredliy Barkola mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Barkola "Barselona"nın transfer siyahısında yer alıb.
22 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Barkola bu mövsüm çıxış etdiyi 33 oyunda 15 qol və 8 asistlə yadda qalıb.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 65 milyon avro olaraq qiymətləndirilir.