"Barselona"nın İsak sevgisi
"Barselona" yay transfer pəncərəsi dövründə Aleksander İsakı transfer etməyə çalışacaq.
Sportline.az "Elchiringuito"ya istinadən xəbər verir ki, "Nyukasl" İsak üçün 150 milyon avro tələb edir.
25 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İsak cari mövsüm çıxış etdiyi 28 oyunda rəqib qapılarından 19 top keçirib.