"Barselona"nın Lamin Yamalla bağlı planı

"Barselona" Lamin Yamalla uzun müddət yola davam etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bunu klubun idman direktoru Deku deyib.

"Lamin bizim əsas oyunçularımızdan biridir. Onun başqa klublara transferindən söhbət belə gedə bilməz. Ona görə də Yamalın transfer məbləği haqqında da düşünməmişik. O, uzun illər "Barselona"nın formasını geyinəcək", - deyə Deku "Barca Universal"a açıqlamasında bildirib. 

Qeyd edək ki, cari mövsümdə 31 oyuna çıxan Lamin Yamal 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. 

Onun "Barselona" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Transfermarkt portalı 17 yaşlı cinah hücumçusunu 180 milyon avro məbləğində dəyərləndirir.