"Barselona"nın qapısını o qoruyacaq

Mark-Andre ter Ştegen "Barselona" ilə yeni müqavilə bağlayıb. Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi sytında məlumat yayılıb. 2022-ci ilədək olan razılaşma daha yaxşı şərtlərə söykənir. Almaniyalı qapıçının əvvəlki müqaviləsi 2019-cu ilədək nəzərdə tutulmuşdu. Onu "Barselona"dan transfer etmək istəyən klub 180 milyon avrosundan keçməli olacaq.