"Barselona"nın "sükanı arxasına"ən real namizəd açıqlandı
Luis Enrike ilə yollar ayrılacağı təqdirdə "Barselona"nın baş məşqçisi vəzifəsinə ən real namizədin adı açıqlanıb. Sportline.az The Teleqraf-a istinadən xəbər verir ki, bu, Xorxe Sampaolidir. Hazırda "Sevilya"nı çalışdıran 56 yaşlı mütəxəssis katoloniyalılardan konkret təkilf gözləyir. Xatırladaq ki, 2014-cü ildən "Barsa"nın sükanı arxasında olan Luis Enrike komandaya İspaniya çempionatı, İspaniya Kral kuboku və superkuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının baş mükafatını qazandırıb. Çempionlar Liqasını ilk 8-də bir final matçında PSJ-yə 0-4 hesablı məğlubiyyətdən sonra isə, onun "kürsüsünün laxladığı" haqda məlumatlar yayılmaqdadır.