“Barselona”nın Vlahoviç arzusu

“Barselona” gələn ilin yayında Robert Levandovski ilə yollarını ayırmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, rəhbərlik polşalı forvardın yerini “Yuventus”un futbolçusu Duşan Vlahoviçlə doldurmaq istəyir.

Bu haqda “E-Noticies” nəşri məlumat yayıb.

Qeyd edək ki, Vlahoviç bu mövsüm meydana çıxdığı 15 matçda 7 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Onun transfer qiyməti 40 milyon avrodur.