"Barselona"nın yeni ulduz namizədi - Kenan Yıldız
"Barselona" gələn ilin yayında "Yuventus"un ulduz futbolçusu Kenan Yıldızı heyətinə qatmağa çalışacaq.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 20 yaşlı sol cinah vingerinin meneceri ilə danışıqlara başlayıb.
Bu haqda "Radyo spor" nəşri məlumat yayıb.
K.Yıldızın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 75 milyon avrodur.
Qeyd edək ki, Türkiyə millisinin üzvünün "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 6 qol, 6 məhsuldar ötürmə müəllifi olub.
 
 
                                     
                     
                 
                 
                 
                 
                