"Başakşəhər" və "Trabzonspor"dan heç-heçə

Türkiyə Superliqasında 19-cu turun matçları davam edir.

Sportline.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Son çempion “Başakşəhər” “Sivasspor”la heç-heçə edib. “Kayserispor”u məğlubiyyətə uğradan “Qaziantep” liderlərlə xal fərqini minimuma endirib.

“Göztəpə” “Konyaspor”u üstələyib. “Trabzonspor” isə çətin Antalya səfərindən bir xalla dönüb.

Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.

Türkiyə Super Liqası, 19-cu tur

16 yanvar

“Konyaspor” – “Göztəpə” – 2:3
Qollar:
 Çikalleşi, 54, Hadziahmetoviç, 62 – Mihoyeviç, 17, Zulj, 30,53

“Qaziantep” – “Kayserispor” – 2:1
Qollar:
 Kvrziç, 31 (avtoqol), Maksim, 77 (pen.) – Kolovetsios, 61

“Başakşəhər” – “Sivasspor” – 1:1
Qollar:
 Aleksiç, 38 – Arslan, 42

“Antalyaspor” – “Trabzonspor” – 1:1
Qollar:
 Amilton, 25 – Afobe, 90