"Başakşehir"dən yeni transfer

Türkiyənin "Başakşehir" klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi konqolu müdafiəçi Francis Nzaba ilə 3 illik müqavilə imzalayıb.

19 yaşlı futbolçu Konqonun "Rasinq Olimpik" klubundan transfer edilib.

Qeyd edək ki, Nzaba Konqonun U-21 millisinin üzvüdür.