Basketbol milliləri yoldaşlıq oyununda qarşılaşıblar

Bakıda təlim məşq toplanışında olan Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 və U-18 milliləri yoldaşlıq oyununda üz-üzə gəliblər.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, Texniki Universitetin idman zalındakı qarşılaşma U-16 yığmasının qələbəsi ilə yekunlaşıb - 65:58.

Yeniyetmələrin hazırlıq prosesindəki əsas məqsədi müvafiq olaraq 9-14 iyul aralığında Albaniyanın paytaxtı Tirana və iyulun 23-dən 28-dək eyni ölkənin Elbasan şəhərində keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, U-16 millisinin toplanışı iyulun 6-da, digər komandanın isə iyulun 15-də başa çatacaq.