"Bavariya" fransalı futbolçu ilə gücləndi

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Bavariya" heyətinə yeni futbolçu cəlb edib. SportLine.az xəbər verir ki, Münhen klubu "Lion"un yarımmüdafiəçisi Korentin Tolisso ilə razılığa gəlib.

Futbolçunun keçidi "Bavariya"nı 40 milyon avro xərcə salıb.

Qeyd edək ki, K.Tolisso Fransa millisinə də dəvət alır.