"Bavariya" gözünü niderlandlı futbolçuya dikib
"Bavariya" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, Münhen klubunun əsas hədəflərindən biri "Leipziq"in niderlandlı futbolçusu Xavi Simonsdur.
Bu haqda "The Athletic" nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun dəyəri 70 milyon avrodur. Simonsun meneceri "Bavariya"nın rəhbərliyi ilə danışıqlar aparır.
Qeyd edək ki, Xavi "Barselona" klubunun yetirməsidir.