"Bavariya" "Liverpul"un futbolçusunu transfer etmək istəyir

"Liverpul"un niderlandlı futbolçusu Kodi Qakpo "Bavariya"nın transfer siyahında yer alır.

Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, Münhen klubu yanvarda futbolçunu heyətinə qatmaq istəyir.

26 yaşlı oyunçunun dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, Qakpo bu mövsüm meydana çıxdığı 4 matçda 1 qol 2 asistlə yadda qalıb.