"Bavariya" "Mançester Yunayted"ə rəqib oldu
"Everton"un futbolçusu Romelu Lukakunun transferi uğrunda mübarizəyə "Bavariya" da qoşulub. SportLine.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu 24 yaşlı hücumçunu növbəti mövsüm heyətində görmək niyyətindədir.
Məlumata görə, Bundesliqa klubu artıq Liverpul təmsilçisinə rəsmi təklif ünvanlayıb.
Qeyd edək ki, "Mançester Yunayted" də R.Lukakunu transfer etmək niyyətindədir.