"Bavariya"dan "Qarabağ"a təbrik məktubu

Almaniya Bundesliqasının bu mövsüm qalibi olan “Bavariya” klubu “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib.

SportLine.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun rəsmi saytı xəbər yayıb. “Bavariya”nın İdarə heyətinin sədri Karl Haynz Rumminegin “Qarabağ” ünvanladığı məktubda deyilir:

“Bavariya” klubu adından “Qarabağ”ı 2016/17-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olmağı münasibəti ilə təbrik edirəm”.

Banner