"Bavariya"dan 60 milyon avroluq transfer

"Bavariya" klubu Harri Keyni əvəzləyəcək yeni mərkəz hücumçusu axtarışına çıxıb.

Sportline.az "Sky Sports Germany" istinadən xəbər verir ki, "Ştutqart"ın almaniyalı forvardı Nik Voltmeyd Münhen klubunun 1 nömrəli hədəfinə çevrilib.

23 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, Voltmeyd ötən mövsümü 33 matçda 17 qol 3 asistlə tamamlayıb.