"Bavariya"dan "Benfika"ya doğru
"Benfika"nın baş məşqçisi Joze Mourinyo rəhbərliktən Rafael Gerreyronun transfer edilməsini tələb edib.
Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" 31 yaşlı sol cinah müdafiəçisini satmağa razıdır.
Münhen klubu portuqaliyalı futbolçu üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Gerreyronun Almaniya klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.