Naqelsmannın "Bavariya"dan uzaqlaşdırılma səbəbi

"Bavariya"nın sabiq futbolçusu Markus Babbel Yulian Naqelsmannın istefaya göndərilməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, Almaniya mətbuatına açıqlamasında bunun baş məşqçinin qadın jurnalistlə əlaqəsinə görə baş verdiyini bildirib: "Onların münasibəti baş məşqçi ilə futbolçular arasındakı inamı zəiflətmişdi. Bəzi futbolçular fikirlərini bildirməyə belə çəkinirdilər. Onlar həmin sözlərin mətbuatda əksini tapacağından qorxurdular". 

Qeyd edək ki, "Bavariya" rəhbərliyi Naqelsmannın istefaya göndərilməsini komandanın baxımlı futbol oynamaması ilə izah edib. 

35 yaşlı mütəxəssisi Tomas Tuxel əvəz edib.