"Bavariya"nın 1 nömrəli hədəfi

"Bavariya" almaniyalı futbolçusu Camal Musialanın zədələnməsindən sonra kluba ulduz futbolçu transfer etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, Münhen klubu "Liverpul" kolumbiyalı futbolçusu Luiz Diazı komandaya gətirmək niyyətindədir.

Bu haqda nüfuzlu "Bild" nəşri məlumat yayıb. Mersisayd klubunun rəhbərliyi 28 yaşlı futbolçunun meneceri ilə bu gün telfonla danışıb.

Qeyd edək ki, Luiz Diaz "Liverpul"dan ayrılıb, "Bavariya"ya transfer olmağa isti yanaşır.