“Bavariya”nın Arda planı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler karyerasını "Bavariya"da davam etdirməyə yaxındır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir  ki, Münhen klubu Arda Güleri mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

20 yaşlı futbolçunun "Real"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Ardanın transfer qiyməti 45 milyon avrodur.

O bu mövsüm çıxış etdiyi 27 matçda 3 qol və 5 asistlə yadda qalıb.