"Bayer" isveçrəli futbolçusu ilə vidalaşır
"Bayer" klubu isveçrəli futbolçusu Qranit Caka ilə yollarını ayırmaq üzrədir.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın "Neom" klubu Cakanı transfer etmək üçün hərəkətə keçib.
Təcrübəli futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 12 milyon avrodur.
Qeyd edək ki, Q.Caka karyerası ərzində "Bayer"lə yanaşı, "Bazel", "Borussiya Münhenqlaxba" və "Arsenal"ın kimi klublardada çıxış edib.