"Bayer"i "Bormunt"a dəyişir
"Bayer"in mərakeşli futbolçusu Amin Adli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Leverkuzen klubu futbolçusu üçün 20 milyon avro tələb edir.
"Bormunt" bu məbləği "Bayer"ə ödəməyə hazırdır. Hər iki tərəf arasında razılıq əldə olunub.
Qeyd edək ki, Amin Adli ötən mövsüm meydana çıxdığı 28 matçda 2 qol 1 asistlə yadda qalıb.