"Bayrağımızı yüksəklərdə dalğalandırdım"

"Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım".

Sportline.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: "Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər şəraiti yaradıb".

Uzunluğa tullanma növündə paralimpiya çempionu olan Orxan Aslanov Tokioda əlindən gələnə etdiyini söyləyib: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bizə dəstək olduqları üçün hər kəsə minnətdaram. Çempion olmaq mənə nəsib oldu, vətənə qızıl medalla qayıtdım".