Bəhlul Mustafazadənin yeni klubu məlum oldu
Millimizin və "Sabah" klubunun müdafiəçisi Bəhlul Mustafazadə karyerasını BƏƏ-nin "Əl-Əyn" klubunda davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə məlumatı "Sabah" klubunun direktoru İqor Ponomaryov verib.
Klubun rəsmisinin "Azerisport.com" açıqlamasında bildirib ki, "Bəli, Bəhlul ərəb klubuna keçib. Bir ay əvvəl onlarla müqavilə imzalanıb. 1 iyul tarixindən rəsmən bizim futbolçumuz deyil".