Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirlər

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışı keçirlər.

Sportline.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, bir çox seçmə komanda qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.

Qazaxıstan yığmasında 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu olan Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə məşq edirlər.

Belarus seçmə komandanın titullu idmançılarından Anastasiya Lebedeva “Kür”də yaradılan şəraitdən məmnun qaldığını deyib.

Qeyd edək ki, iqlim şəraitinə görə "Kür“ Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici ölkə təmsilçilərinin məşqləri Kürdə keçməsinə uyğun şərait yaradır.