"Benfika" argenitalı ulduzla müqaviləni uzadıb

"Beşiktaş"ın da transfer gündəmində yer alan Anxel Di Maria "Benfika"da qalıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 36 yaşlı futbolçu Portuqaliya nəhəngi ilə 1 illik yeni müqavilə imzalayıb.

Di Marianın müqaviləsi 2023/2024 mövsümünün sonunda başa çatmışdı.

Qeyd edək ki, ötən mövsüm "Benfika"nın heyətində 48 oyuna çıxan futbolçu bu görüşlərdə 17 qol və 15 asistlə yadda qalıb.