"Benfika" "Çelsi" ilə danışıqlara başlayıb

"Benfika" klubu "Çelsi"nin portuqaliyalı futbolçusu Joao Feliksi transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu 25 yaşlı futbolçunun meneceri ilə təmas halındadır.

Joao Feliks sabiq komandasına qayıtmağa müsbət yanaşır.

Qeyd edək ki, sözü gedən futbolçu ötən mövsümün ikinci yarısını "Milan"da icarə əsasında keçirib.