"Benfika"dan "Beşiktaş"a

“Beşiktaş” Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Jedson Fernandesi heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliya millisinin üzvü ilə bu ilin əvvəlində “Beşiktaş”la 4+1 illik müqavilə imzalanıb. Lakin həmin vaxt 23 yaşlı oyunçu mövsümün sonuna kimi Türkiyənin digər klubu “Rizəspor”a icarəyə verilmişdi. İcarə müddəti bitən futbolçu artıq yeni klubuna qovuşub.

Qeyd edək ki, Fernandes 2020/21 mövsümündə İngiltərənin “Tottenhem”, 2021-ci ildə isə Türkiyənin “Qalatasaray” klublarında icarədə oynayıb.