Bernardo Madrid klubunda çıxış edə bilər
"Mançester Siti"dən azad agent kimi ayrılacaq Bernardo Silvanın yeni komandası "Atletiko Madrid" ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sport" nəşri məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi dəyəri 27 milyon avrodur.
Qeyd edək ki, B.Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.